“Cənubi Qafqazda nə baş verir? 2018-ci ildən başlayaraq beş ildir ki, mən məhz belə bir “ssenari” proqnozlaşdırırdım. Rusiyanın Cənubi Qafqazdan çıxması bizim üçün böyük geosiyasi problemlər yaradacaq və inanın ki, bu problemlər Finlandiyanın NATO-ya daxil olmasından qat-qat ciddi olacaq”.
KONKRET.az xəbər verir ki, bu fikri postsovet məkanında və ilk növbədə Ermənistan ətrafında baş verənləri şərh edən nüfuzlu ekspert Semyon Bağdasarov bildirib.
“Milliyyətçi Hərəkat Partiyasının sədri cənab Ərdoğana ölkəmizin bölgələrinin xəritəsini necə hədiyyə etdiyini kimsə unudubmu?
Bizim Cənubi Qafqazda vəziyyəti yaxşılaşdırmaq imkanımız var, amma başa düşməliyik ki, “hər şeyi kadrlar həll edir…”, – deyə Bağdasarov vurğulayıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az