“Bahalaşma belimizi qırır, çıxın xalqa izahat verin” – Tahir Kərimlidən SƏRT SÖZLƏRbackend

“Bahalaşma belimizi qırır, çıxın xalqa izahat verin” - Tahir Kərimlidən SƏRT SÖZLƏR

Deputat Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında hökumət üzvlərinə təkliflər irəli sürüb.

KONKRET.az-ın xəbərinə görə, deputat bildirib ki, hökumət onların işində nöqsan axtardığımızı düşünür:

“Bu, belə deyil. Biz görülən müsbət işləri də görürük. Hökumət bilməlidir ki, biz deputatlar daha çox rifah olmasına, ölkəmizin inkişaf etməsinə maraqlıyıq. Ona görə xahiş edirəm ki, bəzi şeyləri süngü ilə qarşılamasınlar. Büdcədə müsbət dəyişikliklərə toxunmaq istəyirəm. Hüquq-mühafizə orqanlarına və digərlərinə də ayrılan vəsaitləri optimal hesab edirəm. Bir şeyi bilməliyik ki, balıq susuz yaşaya bilmədiyi kimi, dövlət də intizamsız yaşaya bilməz. Orduya ayrılan vəsait də artırılır”.

Deputat mənfi məqamları da qeyd edib:

“Çıxın, qiymət artımları ilə bağlı xalqa izahat verin. Bahalaşma belimizi qırır, buna diqqət etmək çox vacibdir. İşsizlik məsələsi də qalmaqdadır. İqtisadiyyat Universitetində xüsusi istedadlı 30 tələbə universiteti bitirib, 30-u da ölkədə qalmayıb. Yeni iqtisadi siyasət formulunun yolu tapılmayıb”./modern.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*