Bakı-2022 Dünya Kuboku yarışlarından ilk nəticəbackend

Bakı-2022 Dünya Kuboku yarışlarından ilk nəticə

Atıcılıq üzrə Dünya Kubokunun bu gün Bakıda başlayan ilk yarışlarının nəticələri artıq məlumdur.

“Report” xəbər verir ki, 10 m-lik tüfəng atıcılığı üzrə qadınlar və kişilər arasında keçirilən yarışlarda yarımfinallara keçən komandalar müəyyənləşib.

Qadınlar arasında yarışda 96 nəfər iştirak edib. Macarıstan, Fransa, Polşa, Danimarka, Fransa, Rumıniya və Koreyadan ümumilikdə 8 nəfər (Polşadan 2 nəfər) yarımfinala vəsiqə qazanıb. Ən yüksək xalı Macarıstan nümayəndəsi toplayıb.

Tüfəng atıcılığı növündə 78 kişi mübarizə aparıb. Serbiya, Qazaxıstan, İsrail, Hindistan, Macarıstan, Avstriya, Polşa, Xorvatiya atletləri yarımfinala keçib. Kişilər arasında ən yüksək nəticəni Serbiya nümayəndəsi nümayiş etdirib.

Azərbaycanı bu növdə 3 kişi, 4 qadın təmsil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*