Bakı Avrasiya İttifaqında status alarsa… – “Valday”backend

Bakı Avrasiya İttifaqında status alarsa... – “Valday

Avrasiya məkanı İpək yolu iqtisadi kəmərinin və digər meqalayihələrin inkişafında xüsusi rol oynaya bilər.

KONKRET.az xəbər verir ki, bu sözləri “Valday” müzakirə klubunun rəhbəri Andrey Bıstritski deyib.

“Azərbaycanla Rusiyanın coğrafi, siyasi, tarixi münasibətləri də buna öz töhfəsini verəcək. Çünki burada Xəzər, Qafqaz – həm regional, həm də digər – nəqliyyat marşrutları yerləşir. Yəni, əməkdaşlıq üçün bünövrə var. Bu barədə dəfələrlə danışılıb. Azərbaycanın Aİİ-də status alması faydalı olardı, çünki nə qədər çox dayaq məntəqəsi olsa, bir o qədər yaxşıdır. Çoxvektorlu iqtisadi siyasətə malik olmaq isə hər zaman yaxşıdır ki, bu da biznesin inkişafına imkan verəcək”, – o bildirib./axar.az/

Qeyd edək ki, Qazaxıstanın birinci prezidenti, Elbaşı Nursultan Nazarbayev Azərbaycanın Aİİ-də müşahidəçi statusu almasını təklif edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*