Bakı beş ermənini bu səbəblərdən təhvil verib – İrəvanın mövqeyini dəyişməyə vadar edən ŞOK SƏBƏBLƏRbackend

Bakı beş ermənini bu səbəblərdən təhvil verib – İrəvanın mövqeyini dəyişməyə vadar edən ŞOK SƏBƏBLƏR

Bakının beş ermənini təhvil verməsi fonunda İrəvanın son günlər mövqeyində müşahidə olunan bəzi dəyişikliklər diqqət çəkir. Birincisi Ermənistan Müdafiə Nazirliyinin ombudsman Armen Tatoyanın sərhəddə Azərbaycanın təxribatları ilə bağlı iddiasını təkzib etməşdi. Tatoyan Arazdəyən kəndi istiqamətində Azərbaycan ordusunun mülki əhaliyə qarşı təxribat törətdiyini, o cümlədən, Geqarkuniklə sərhəddə mühəndislik işləri apardığını, şəxsi heyətin sayını artırdığını, yolların inşa edildiyini və bütün bunların təxribat hazırlığı olduğunu iddia edirdi. Ermənistan MN Tatoyanın iddiasını reallıqdan uzaq və şişirdilmiş adlandırdı”.

Bu barədə KONKRET.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı fikir bildirib. O əlavə edib ki, həmin təkzib erməni cəmiyyətinin sakitləşdirilməsinə də hesablanıb, hərçənd İrəvanın Bakı ilə indi qarşıdurmaya getmək istəmədiyindən də xəbər verir: “İkincisi, Ermənistan tərəfi Qarabağda yaralanan 6 erməni terrorçu ilə bağlı məsələnin üzərinə getmədi. Rusiya MN-nin reaksiyası da sakit oldu. Üçüncüsü, Moskvada Putinlə görüşdən sonra MDB iclasında çıxış edən Paşinyan Zəngəzur dəhlizinin (Naxçıvanla kommunikasiya əlaqəsinin yaradılması) açılmasına razı olduqlarını dilə gətirdi”.

Asif Nərimanlının sözlərinə görə, son bir neçə gündə Ermənistanın hakim partiyasının deputatlarının Qarabağa dair fikirləri diqqət çəkir: “Viqen Xaçatryan bildirdi ki, “Ermənistanın Qarabağsız gələcəyi yoxdur fikrini irəli sürmək təhlükəlidir, əsas məqsəd Ermənistan olmalıdır, Qarabağ yox. Bu torpaqların Ermənistan ərazisi olması ilə bağlı heç bir söhbət gedə bilməz, məsələ “bu insanların (Qarabağdakı ermənilər-red) həyatı Azərbaycanın tərkibində təhlükəlidirmi” şəklində qoyulmalıdır”. Qaqik Melkonyan bildirdi ki, “Qarabağdakı ermənilərin təhlükəsizliyinin təminatçısı Ermənistan yox, Rusiyadır, orada nə baş verir sualının cavabı da Rusiya səfirliyindədir”. Paşinyanın komandasından olan deputatların belə fikirləri rəsmi İrəvanın Qarabağa dair real mövqeyi hesab oluna bilər. Sadəcə olaraq erməni cəmiyyətinin nəbzinə uyğun daha ehtiyatla ictimailəşdirilir”.

Məhərrəmlik üzərindən həyata keçirilən təhlükəli oyun...

Siyasi şərhçinin fikrincə müşahidə olunan bu proseslərin bir-birinə bağlı iki mümkün səbəbi var:

1. Sülh sazişi üzərində müzakirələr aparılır, xüsusilə Soçi görüşündən sonra proses daha aktiv şəkil alıb: cari prioritet kommunikasiyaların açılması və sərhədlərin müəyyənləşməsidir;

2. Paşinyan hakimiyyəti Qarabağ məsələsindən yaxa qurtarmaq istəyir və ermənilərin etirazının məsuliyyətini Rusiyanın üzərinə yükləməklə neytrallaşdırmağa çalışır;

Bu kontekstdə ermənilərin bir qisminin İrəvana təhvil verilməsi proseslərin Bakının istəyinə uyğun məcrada inkişaf etdiyi deməyə əsas verir. Beş erməninin də atılacaq (yaxud atılmış) addımların qarşılığında verildiyi ehtimalını ön plana çıxarır”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*