Bakı əhalisi gözlədiyi qarı bu tarixdə görəcəkbackend

Bakı əhalisi gözlədiyi qarı bu tarixdə görəcək 

“Əhali gözlədiyi qarı yaxın günlərdə Bakıda görəcək. Yaxın günlərdə Bakıya qar yağacaq”.

KONKRET.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, artıq bununla bağlı əhaliyə xəbərdarlıq edilib:

“Bu gün axşamdan etibarən Bakıda hava şəraiti kəskin dəyişəcək. Bü günlə müqayisədə havanın tempraturu aşağı düşəcəyi gözlənilir. Gündüz saatlarında arabir yağıntı olacaq. Axşama doğru bəzi yerlərdə sulu qar yağacağı ehtimal olunur. Yanvarın 12-də yağıntılarda qısa müddətli fasilə yaransa da, yanvarın 13-dən axşam saatlarından yanvarın 15-dək yenidən ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir”.

Gülşad Məmmədova bildirib ki, həmin gün sulu qar və qar yağacağı gözlənilir:

“Bölgələrdər yağıntıların intensiv olacağı ehtimal olunur, Şimal-Qərb küləyi güclənəcək. Yəni, əhali gözlədiyi qarı yaxın günlərdə Bakıda müşhidə edə biləcək”.

  • İlqar
    Yanvar 10, 2024 - 22:54

    Qarın nəyini gözləyirəm ki evimdə istilik radiyatoru işlədirəm 40 manat isıq pulu gəlib
    Nəyini gözləyirəmki heç yerdə isləmirəm..otopleniyanı da kəsdilər yenədə dadımıza çatırdı

    • Rəfail
      Yanvar 11, 2024 - 21:07

      Salam aleykum.Allahın istədiyini.kasıblar əziyyət çəkəcək də.Mən cənnəti qazanmaq istəyirəm.Kirayedəyəm iş gabiliyətimdə yoxdur.Əməliat lazımdır.Kömək lazımdır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*