Bakı İnzibati Məhkəməsi yeni binaya köçürülüb.
KONKRET.az e-hüquq.az-a istinadən xəbər verir ki, məhkəmə artıq yeni ünvanda fəaliyyət göstərir.
Qeyd edək ki, bir müddət öncə Keçmiş Təfəkkür Universitetinin Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən binası icarə müqaviləsi əsasında daimi istifadə üçün Bakı İnzibati Məhkəməsinə verilmişdi.
Binada təmir işləri aparılmış, inventar və avadanlıqlarla təchizolunma prosesi həyata keçirilmişdi.
