Bakı məktəblərinin 51 sinfi qəbulda 100 faiz nəticə göstərdibackend

Bakı məktəblərinin 51 sinfi qəbulda 100 faiz nəticə göstərdi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 51 sinfi ali məktəbələrə qəbul imtahanlarında yüz faizlik nəticə göstərərək, məzunların hamısı tələbə adını qazanıblar.

Bu barədə KONKRET.az-a BŞTİ-dən xəbər verilib.

Bildirilib ki, paytaxtdakı 287 nömrəli “Zəkalar” liseyinin 5 sinfi, 20, 83 nömrəli məktəb-liseylərin və Texniki Humanitar Liseyin 4 sinfi, 60 nömrəli tam orta məktəbin 3 sinfi, 299 nömrəli məktəb-liseyin, 13, 114, 149, 278 nömrəli tam orta məktəblərin isə 2 sinfi üzrə bütün məzunlar ali məktəbə qəbul olublar.

Bundan əlavə, 26, 46, 53, 85, 86, 115, 116, 120, 129, 144, 164, 136, 182, 228, 245, 270, 300, 302, 307, 316 nömrəli tam orta məktəblərin və 220 nömrəli məktəb-liseyin 1 sinfi yüz faiz nəticə göstərib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*