Bakı metrosu nə zaman açılacaq? – RƏSMİ AÇIQLAMAbackend

Bakı metrosu nə zaman açılacaq? - RƏSMİ AÇIQLAMA

“Metro sərnişinlərinin üzünə hər zaman açıqdır”.

KONKRET.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, metronun açılması Nazirlər Kabineti Yanında yaradılan Operativ Qərargahın qərarına bağlıdır:

“Hələ bir məlumat yoxdur. Metronun açılmasına Operativ Qərargahın qərarından asılıdır. Amma biz hər zaman hazırıq. Əsas vəzifəmiz infrastrukturu qorumaqdır”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, əhalinin sağlamlığının təmin olunması məqsədilə “Bakı Metropoliten”ində qatarların hərəkəti 31 mart 2020-ci ildən dayandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*