Bakı metrosunda nəzarət gücləndirildibackend

Bakı metrosunda nəzarət gücləndirildi

Sentyabrın 6-dan “Bakı Metropoliteni” QSC-nin stansiyalarında nəzarət tədbirləri gücləndirilib.

KONKRET.az xəbər verir ki, bunu Musavat.com-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, yay mövsümi başa çatdığından metronun xidmətindən istifadə edən sərnişinlərin sayının artması gözlənilir: “Sərnişin sıxlığının artma ehtimalı var. Koronavirus (COVİD-19) pandemiyası da nəzərə alınaraq mövcud vəziyyətin təhlilini gücləndirmək üçün nəzarət mexanizmlərinin intensivliyi artırılıb”.

Bakı metrosu fəaliyyətini bu il mayın 31-dən bərpa edib. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə metro yalnız həftənin 5 iş günü çalışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*