“Bakı Metropoliteni” QSC-də istismar müddətini tamamlamış orta gərginlikli (6–10 kV) kabel xətlərinin yenilənməsi ilə bağlı açıq tender elan olunub.
KONKRET.az xəbər verir ki, BAKU.WS-in məlumatına görə, layihə çərçivəsində köhnə kabel xətlərinin demontajı və yeni kabellərin montajı həyata keçiriləcək.
Satınalmanın ehtimal olunan dəyəri 5 milyon 404 min manatdır.
Bu layihə Bakı metrosunun enerji təminatında təhlükəsizliyi artıracaq və sərnişinlərin fasiləsiz daşınması üçün daha dayanıqlı infrastrukturun formalaşdırılmasına xidmət edəcək.