Hacıqabul rayonu ərazisində avtomobil yanıb.
KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı-Qazax magistralının rayonun Qarasu kəndi ərazisində hərəkətdə olan “KİA” markalı 99 ON 983 dövlət nömrəli avtomobil anidən yanmağa başlayıb.
Hadisə yerinə FHN-in yanğınsöndürən əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma başlanıb.