Səhər saatlarında Sumqayıtdan üzü Bakı istiqamətində hərəkətdə olan insanlar çətin vəziyyətlə üzləşiblər.
KONKRET.az xəbər verir ki, Bakı-Quba magistralının Ceyranbatan qəsəbəsi ərazisindən keçən yolda hərəkət məhdudlaşdırılıb.
Bu səbəbdən də ərazidə uzun tıxac yaranıb və insanlar təxminən 30 dəqiqə gözləməli olublar.
Tıxacdan çəkilən fotoları təqdim edirik:
Müşfiq Tofiqoğlu,
KONKRET.az