Bakı şəhər halqası iyunun 7-dək hazır vəziyyətə gətiriləcək – “Formula 1”backend

Bakı şəhər halqası iyunun 7-dək hazır vəziyyətə gətiriləcək - "Formula 1"

Bakıda keçiriləcək “Formula 1” Azərbaycan Qran-Prisi ilə bağlı tikinti və quraşdırma işlərinin 85 faizi başa çatıb. Mühafizə hasarlarının və bloklarının quraşdırılması 8 gün ərzində tamamlanacaq.

KONKRET.az xəbər verir ki, bu sözləri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer jurnalistlərə açıqlamasında deyib.

Bakı trekinin iyunun 7-dək yarışa hazır vəziyyətə gətiriləcəyini deyən T.Butçer vurğulayıb ki, bundan sonra Beynəlxalq Avtomobil Federasiyası trekə baxış keçirəcək. Əgər ehtiyac olarsa, düzəlişlər ediləcək.

“Bakı şəhər halqasında tamaşaçılar üçün 9 tribuna var. Ən böyük tribuna “Abşeron” tribunasıdır ki, onun 5 min 500 tamaşaçı tutumu var. “Formula 1” Azərbaycan Qran-Prisini canlı izləmək üçün tribunalarda 16 min 700 oturacaq quraşdırılıb”, – deyə T.Butçer əlavə edib.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi iyunun 10-12-də Bakı şəhər halqasında keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*