Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə direktor müavini təyin edildibackend

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə direktor müavini təyin edildi

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə kadr təyinatı olub.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, birliyin direktor müavini vəzifəsinə Yaşar Salahov təyin edilib.

Y.Salahovun Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı birliyində direktor müavini kimi fəaliyyətə başlaması ona göstərilən böyük etimadın göstəricisidir.

Yeni vəzifəsinin icrasına başlayan Y.Salahov artıq direktor müavini təyin olunduğu gündən şəhərin abadlığı, təbiətin qorunması və yaşıllıq sahələrinin artırılması istiqamətində uğurlu addımlar atmaqdadır.

Məlumat üçün bildirək ki, Yaşar Salahov bundan əvvəl Su Quyularının İstismarı və Təmiri Xidməti İdarəsinin rəisi vəzifəsini icra edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*