Xəbər verdiyimiz kimi, Bakı – Pirşağı – Sumqayıt relsi ilə hərəkət edən sərnişin qatarında problem yaranıb.
KONKRET.az xəbər verir ki, qatar Bakıya 55 dəqiqə gecikmə ilə çatıb.
***
09-11
Bakı – Pirşağı – Sumqayıt relsi ilə hərəkət edən sərnişin qatarında problem yaranıb.
KONKRET.az-a bu barədə sərnişinlər məlumat verib. Qatarın çox ləng hərəkət etdiyi bildirilir.
Sərnişinlərə texniki nasazlıq olması barədə məlumat verilib.
Qeyd edək ki, məlum istiqamətində hərəkət edən qatar cədvəl üzrə saat 08:42-də Bakı vağzalına çatmalı olsa da, hələ də yoldadır.