Bakı və Abşeronda unun topdansatış qiyməti…backend

Bakı və Abşeronda unun topdansatış qiyməti...

İyulun 7-nə Azərbaycanda un istehsalçılarının topdansatış məntəqələrində 50 kiloqramlıq un kisəsinin qiyməti 25,8-28 manat arasında dəyişib.

KONKRET.az Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu göstərici ötən həftə ilə dəyişməyib.

O cümlədən, Bakı şəhərində və Abşeron rayonunda unun topdansatış qiyməti 26,5-27,3 manat arasında dəyişib. Minimum qiymət dəyişməz qalıb, maksimum qiymət isə 0,7% azalıb.

Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti Şabran rayonunda qeydə alınıb və 25,8 manat təşkil edib ki, bu da 1 həftə əvvələ nisbətən eynidir.

Ən yüksək qiymət isə Gəncə şəhərində müşahidə olunub – burada 50 kiloqramlıq un kisəsi 28 manata satılıb ki, bu da həftəlik müqayisədə eynidir.

İyunun 30-na Azərbaycanda un istehsalçılarının topdansatış məntəqələrində 50 kiloqramlıq un kisəsinin qiyməti 25,8-28 manat arasında dəyişib.

Bakı şəhərində və Abşeron rayonunda isə unun topdansatış qiyməti 26,527,5 manat arasında dəyişib.

Məlumata görə, ölkə üzrə unun ən aşağı topdansatış qiyməti Şabran rayonunda qeydə alınıb və 25,8 manat təşkil edib. Ən yüksək qiymət isə Gəncə şəhərində müşahidə olunub – burada 50 kiloqramlıq un kisəsi 28 manata satılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*