Kənan Novruzovdan sonra daha bir xanəndə muğam müsabiqəsi ilə bağlı etirazını bildirib.
KONKRET.az bakupost.az-a istinadla xəbər verir ki, bu dəfə IX “Muğam” Televiziya Müsabiqəsinin digər iştirakçısı Aycan Şükürova haqsızlıqlardan şikayətlənib.
O, I vitse-prezident Mehriban Əliyevaya müraciətlə video yayımlayıb:
“Mən Şükürlü Aycan, IX Muğam Televiziya Müsabiqəsinin finalçısıyam. Hörmətli Mehriban xanım, sizə müraciət etməyə məcburam. 3 ay boyunca müsabiqədə iştirak etmişəm. Münsiflərin özləri tərəfindən heç bir irad və aşağı bal almamışam. Buna baxmayaraq, mənə qarşı böyük bir haqsızlıq oldu.
Avqustun 25-də Laçın şəhərində keçirilən finalda diplomatlar sırasında oldum. Sizdən xahiş edirəm ki, bu işə yenidən baxılsın. Mənə qarşı haqsızlıq olundu. Finala qədər gəlsəm də, qalib ola bilmədim”.
Qeyd edək ki, Muğam müsabiqəsinin favoritlərindən olan Kənan Novruzov finalda Münsiflər heyətinin qərarına etiraz olaraq diplomdan imtina edib

Əgər müsabiqə nəticələrinə Səkinə xanım da etiraz efirsə, iki finalçı haqsızlıqdan danışırsa, bu ciddi məsləldir.Vactilə Bəyimxanıma qarşı ədalətsizlik edilmişdi…Ədalət bərpa olunmalıdır!!!
Abgülün də çıxışını xatırlamağa dəyər.O, vaxt onun da balını kəsmək istəyəndə Nadir müəllim onun müdafiəsinə qalxdı
Kənan Novruzovun da, Aycan Şükürlünün da haqqı özünə qaytarılmalıdır.Haqsızlıq edən münsiflər heyəti də şikayətçiləron iradı təsdoq olunarsa, cavab vetməlidirlər.