Ermənistan və Azərbaycan arasında bütün sahələrdə intensiv təmaslar mövcuddur və danışıqların tempi pis deyil.
KONKRET.az axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş nazirinin aparatının rəhbəri Araik Arutyunyan deyib.
Onun sözlərinə görə, sərhədlərin demarkasiyası, xarici siyasət və təhlükəsizlik məsələləri müzakirə olunur:
“Nəticələr tədricən ictimaiyyətə açıqlanır, məsələn, Azərbaycanın Ermənistan mallarının daşınmasına qoyulan qadağanı ləğv etməsi kimi. Danışıqların əsas məqsədi sülh müqaviləsinin imzalanması olaraq qalır”.
