Bakı və Moskva arasında “əsgər” gərginliyibackend

Bakı və Moskva arasında “əsgər” gərginliyi

Miqrasiya probleminə görə Çeçenistanda saxlanılan Azərbaycan vətəndaşları Nihad Rzayev, Elxan Şirinov və Vüqar Məhərrəmovun Rusiya tərəfindən məcburi şəkildə Ukrayna ilə müharibə zonasına göndərildiyi iddia edilir. Bu xəbər ictimaiyyətdə narazılıq yaradıb.

Bəs, qanunda bununla bağlı nə yazılıb?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, Rusiyanın atdığı addım qanunsuzdur:

“Belə bir addım Rusiyanın öz qanunlarına da ziddir. Yalnız o ölkənin vətəndaşları müharibəyə aparıla bilər. Əks halda bu, Beynəlxalq Konvensiyalara da ziddir. Biz o şəxslərin Azərbaycana qaytarılmasını tələb etməliyik. Amma bir məsələ də var ki, adıçəkilən adamları müharibəyə cəlb edə bilmək üçün məcburi şəkildə Rusiya vətəndaşlığı verə bilərlər. Belə olduğu halda isə Azərbaycan onlardan qanunla nəsə tələb edə bilməyəcək. Çünki qarşı tərəf deyəcək ki, onları həm də Rusiya vətəndaşı olduğu üçün döyüşə göndərmişik. Yox, zorla aparıblarsa, şikayət edilməlidir. Həmin şəxslərin fikrini öyrənmək lazımdır”.

Qeyd edək ki, adları çəkilən Azərbaycan vətəndaşlarının may ayından Çeçenistana işləməyə getdikləri, orada miqrasiya probleminə görə həbs olunduqları bildirilib. Onlara zorla sənəd imzalatdırıb, Ukrayna ilə müharibə zonasına göndərildikləri iddia olunub.

Azərbaycan XİN məsələ ilə bağlı Rusiyaya nota verib. Globalinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*