Bakı və Vaşinqton Orta Dəhlizin inkişafını müzakirə etdibackend

Bakı və Vaşinqton Orta Dəhlizin inkişafını müzakirə etdi

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-ın Azərbaycandakı işlər vəkili Emi Karlonla görüşüb.

KONKRET.az xəbər verir ki, görüş zamanı tərəflər nəqliyyat məsələlərinə, Orta Dəhlizin inkişafına və bu istiqamətdə daşımaların perspektivlərinə toxunublar.

Bundan əlavə, telekommunikasiya, kibertəhlükəsizlik, süni intellekt və amerikalı şirkətlərlə gələcək əməkdaşlıq imkanları barədə də fikir mübadiləsi aparılıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*