ABŞ prezidenti Donald Trampın administrasiyası Azərbaycan və Mərkəzi Asiyadan olan bəzi müttəfiqləri ilə bu ölkələrin İbrahim sazişlərinə qoşulması məsələsini fəal şəkildə müzakirə edir. Bu barədə Reuters beş müxtəlif mənbəyə istinadən məlumat yayıb.
KONKRET.az xəbər verir ki, Vaşinqton bu addım vasitəsilə İsraillə mövcud əlaqələri daha da dərinləşdirməyə ümid edir. Bildirilir ki, Azərbaycanla aparılan danışıqlar hazırda digər ölkələrlə müqayisədə daha sistemli və ciddi xarakter daşıyır.
Mənbələrin ikisi qeyd edib ki, razılaşma yaxın bir neçə ay, hətta bir neçə həftə ərzində də əldə oluna bilər.
İndiyədək ABŞ rəsmiləri rəsmi şəkildə potensial iştirakçılar barədə geniş açıqlama verməsələr də, Azərbaycanla danışıqlar xüsusi önəm kəsb edir.
Natiq Səlim,
KONKRET.az