“Metronun davamlı inkişafı məqsədilə müvafiq tikinti planı hazırlanıb və “Bakı Metropoliteni”nin Müşahidə Şurası tərəfindən təsdiq edilib”.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov deyib.
O bildirib ki, tikinti planında minimum ssenari üzrə Bakıda 5-7 il müddətində 10 yeni metro stansiyasının tikintisi layihəsinə üstünlük verilib.
R. Əlixanov qeyd edib ki, 2022-ci ildən metroda tikinti və yenidənqurma işlərinə, yeni vaqonların alınmasına 194,6 milyon manat vəsait ayrılıb.
Tixacın, sıxlıgın çarəsi metronun şaxələndirilməsidi, məmurlar bunu gözəl anlayırlar sadəcə özlərini o yerə qoymurlar!
Xırdalana, Sumqyıta, Aeroporta çoxdan METRO olmalı idi!
10 ilden coxdur tikintisi yarimciq qalmis 3 (Y14, Y15, Y17) stansiyalari artiq bitirmis olsaydilar cox yaxsi olardi.