Bu ölkə COP29-da iştirakdan imtina etdi – “Müzakirələr mənasızdır”backend

Bu ölkə COP29-da iştirakdan imtina etdi - "Müzakirələr mənasızdır"

Papua-Yeni Qvineya Bakıda keçiriləcək COP29-da iştirakdan imtina edib.

KONKRET.az xəbər verir ki, buna səbəb ölkə rəhbərliyinin problemin müzakirəsini mənasız hesab etməsidir.

Bildirilib ki, əvvəlki görüşlər heç bir nəticə verməyib.

Hələ yayda ada dövlətinin baş naziri Ceyms Marape yüksək səviyyəli müzakirələrdə iştirak etməyəcəyini açıqlamışdı.

İndi isə XİN rəhbəri bu sammitdə iştirakın vaxt itkisi olacağını vurğulayıb:

“Beynəlxalq ictimaiyyət iqlim dəyişikliyinin yumşaldılmasında mühüm rol oynayan bizim kimi ölkələrə tamamilə hörmət etmədiyini nümayiş etdirdi. Biz arxa plana düşməkdən yorulmuşuq”.

Xatırladaq ki, Sammit noyabrın 11-də öz işinə başlayacaq.

Məlik,
KONKRET.az

  • Ahmed
    Noyabr 9, 2024 - 11:09

    Düzgün qərar

  • Əli
    Noyabr 9, 2024 - 14:52

    Duz deyib

  • Cavadova
    Noyabr 10, 2024 - 01:15

    Agıllı hereketdir

  • Tahir Sliyev
    Noyabr 10, 2024 - 08:07

    Papuazlar gəlməsə COP-29 batdıda ! 😜

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*