Bakıda 2 nəfər BIÇAQLANDIbackend

Bakıda 2 nəfər BIÇAQLANDI

Bakının Nərimanov və Qaradağ rayonlarında dava düşüb.

KONKRET.az xəbər verir ki, hər iki hadisəyə səbəb qeyri-etik ifadə olub.

Gecənin ilk bıçaqlanma hadisəsi Qobustan qəsəbəsində qeydə alınıb. 1997-ci il təvəllüdlü Əhədli Elmar Məlik oğlu söyüşə görə naməlum şəxs tərəfindən bıçaqlanıb.

Digər hadisə isə Veteranlar parkı kimi tanınan ərazidə qeydə alınıb.

1992-ci il təvəllüdlü Rəsulov Anar Əli oğlu da bıçaqlanaraq ağır vəziyyətə düşüb. Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hər iki faktla bağlı araşdırmalara başlanılıb.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*