Bakıda “26-lar” kafesinin sahibinin oğlu AXTARIŞA VERİLDİbackend

Bakıda “26-lar” kafesinin sahibinin oğlu AXTARIŞA VERİLDİ

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) karantin rejimini pozmaqda təqsirləndirilən Əliyar Ərəstun oğlu Qasımov barəsində axtarış elan edib.

KONKRET.az xəbər verir ki, bu barədə Report-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, o, Azərbaycan Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə axtarışa verilib.

Qeyd edək ki, Ə.Qasımov Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin müəllimi Ərəstun Qasımovun oğludur. Daha sonra isə Ə.Qasımovun adı atası ilə birlikdə qalmaqallı “26-lar” kafesinin bağlanmasında hallanmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*