Bakıda 26 yaşlı gənc belə öldürüldü – Anbaan videobackend

Bakıda 26 yaşlı gənc belə öldürüldü – Anbaan video

Bakıda qətl törətməkdə təqsirləndirilən paytaxt sakinləri – Əli Eybatov, Emin Ələsgərov və Fərrux Qasımovun cinayət işinin növbəti məhkəmə baxışı keçirilib.

KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda istintaq zamanı cinayət işinə əlavə olunan sənədlər tədqiq olub.

Bununla yanaşı, Bakıxanov qəsəbəsi ərazisində qəsəbə sakini 26 yaşlı Səbuhi Əhmədlinin qətlə yetirildiyi ərazidəki veb-kamerada qeydə alınan görüntülər nümayiş etdirilərək analiz olunub.

Hadisənin anbaan qeydə alındığı dəhşətli videodan görünür ki, Əli Eybatov Səbuhi Əhmədliyə bir neçə bıçaq zərbəsi vurub. Daha sonra onun köməksiz vəziyyətindən istifadə edərək təqsirləndirilənlər S.Əhmədliyə yenidən digər əşya ilə zərbələr endirərək onun huşsuz vəziyyətə düşməsinə səbəb olublar.

Prokuror təqsirləndirilənlərə sual verərək yaralı şəxsə yenidən zərbə endirməklərinin səbəbini soruşduqda onlar bu hərəkətlərinin Səbuhi Əhmədlinin əlindəki bıçaqla onlara hücum etməsi ilə əsaslandırıblar. Səbuhi Əhmədlinin əlində bıçağın olmasına gəlincə isə, bu, göruntülərdən aydın görünmədiyi üçün proses iştirakçılarına qaranlıq olaraq qalıb.

Proses naməlum tarixədək təxirə salınıb.

Qeyd edək ki, hadisə 2024-cü ilin martın 9-da saat 21 radələrində paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. 1998-ci il təvəllüdlü Səbuhi Əhmədlinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1985-ci il təvəllüdlü Əli Eybatovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Səbuhi Əhmədlini qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və Əli Eybatov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. İstintaq zamanı qətlin törədilməsində iştirakçı kimi şübhəli bilinən daha iki nəfər Emin Ələsgərov və Fərrux Qasımov da saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*