Bakıda üç nəfərin üzərinə çinar ağacı aşıb.
KONKRET.az xəbər verir ki, Y.Məmmədəliyev küçəsi ev 7-nin qarşısında güclü külək nəticəsində Bakı şəhər sakinləri 2004-cü il təvəllüdlü Nəzrin Müşfiq qızı Mikayılovanın, 1993-cü il təvəllüdlü Arif Şakiroviç Xoderevin və 2002-ci il təvəllüdlü Ramil Ramis oğlu Hüseynovun üzərinə çinar ağacı aşıb.
Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
