Bakıda 44 yaşlı qadın belə qaçırıldı – ANBAAN VİDEObackend

Bakıda 44 yaşlı qadın belə qaçırıldı – ANBAAN VİDEO

Bakıda 44 yaşlı qadın qaçırılıb. 

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə mayın 19-da Xəzər rayonunun Şüvəlan qəsəbəsində baş verib.

Qadının zorla avtomobillə qaçırılması barədə sosial şəbəkədə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Keçirilən tədbirlərlə qadına zor tətbiq edərək qaçıran şəxs müəyyən olunub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanan cinayət işi üzrə əvvəllər məhkum olunmuş 39 yaşlı Azər Quliyev şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.

Araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*