Bu gün Heydər Əliyev prospektində 5 nəfərin ölümü ilə nəticələnən qəzanın görüntüləri yayılıb.
KONKRET.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.
“Koroğlu” metrosu istiqamətində “Mercedes” markalı avtomobil sürətlə gələrkən maneəyə çırpılaraq yolun əks tərəfinə düşüb.
Bu zaman arxadan gələn “Toyota Prius” avtomobili “Mercedes”ə çırpılıb.
Qəza nəticəsində “ Mersedes” də olan 3 nəfər hadisə yerində, “Toyota Prius” da olan 2 nəfər xəstəxanada vəfat edib.