Bakıda 9 ballıq seysmik zonalar var – Ekspertdən qorxunc PROQNOZ – VİDEObackend

Bakıda 9 ballıq seysmik zonalar var - Ekspertdən qorxunc PROQNOZ - VİDEO

Ölkə ərazisindəki zəlzələ ocaqlarında aktivlik müşahidə olunur.

KONKRET.az Xəzər TV-yə istinadən xəbər verir ki, son vaxtlar ölkəmizdə müxtəlif maqnitudalı zəlzələlərin sayı artıb. 4-6 bal gücündə olan təkanlar müxtəlif regionlarda hiss olunmaqla yanaşı, tikililərə də zərər vurub.

Geologiya və Geofizika İnstitiunun Seysmologiya və Seysmik Təhlükə şöbəsinin müdiri Qulam Babayev deyib ki, paytaxt ərazisində də 6-9 ballıq zonalar mövcuddur.

O vurğulayıb ki, paytaxtın bəzi ərazilərində zəlzələ 9 bala qədər hiss oluna bilər. Bu da süxurların quruluşu və ocaqların dərinliyindən asılıdır. Sadaladığımız səbəblər həmin ərazilərı seysmik cəhətdən daha təhlükəli vəzıyyətə gətirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*