Bakıda ağır qəza – Ölən varbackend

Bakıda ağır qəza - Ölən var

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyə ehtiyac yaranması barədə məlumat daxil olub.

Bu barədə KONKRET.az-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, içərisində 1 nəfərin olduğu “Hyundai” markalı minik avtomobili yol kənarında maneəyə çırpılıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*