Bakıda ana və iki övladı öldürüldü – ADLAR BƏLLİ OLDU / YENİLƏNİBbackend

Bakıda ana və iki övladı öldürüldü - ADLAR BƏLLİ OLDU / YENİLƏNİB

Bakıda öldürülən şəxslərin adları məlum olub.

KONKRET.az xəbər verir ki, onlar Sabirabad rayon sakinləri, Gülnar Qaraxanlı və övladları 13 yaşlı Lamiyə Qaraxanlı və 10 yaşlı Atakan Qaraxanlıdır.

Məlumata görə, onlar paytaxtın Nizami rayonu, R.Rüstəmov küçəsindəki evdə kirayədə qalıblar.

İlkin ehtimala əsasən, qətlin G. Qaraxanlının əri tərəfindən törədildiyi bildirilir.

Belə ki, iddiaya görə, qətl gecə saatlarında ailədaxili münaqişə zamanı baş verib. Onların meyitləri səhər saatlarında qonşular tərəfindən aşkar edilib. Bundan sonra dərhal polisə məlumat verilib.

Hazırda əraziyə polis və prokurorluq əməkdaşları gəlib, araşdırmalar aparılır.

16:45

Bakıda qətl hadisəsi olub.

KONKRET.az-ın məlumatına görə, hadisə bu gün paytaxtın Nizami rayonu, “8-ci kilometr” qəsəbəsi, R.Rüstəmov küçəsində qeydə alınıb.

Naməlum şəxs və ya şəxslər adları hələlik bilinməyən ana və iki qızını yaşadıqları evdə bıçaqlayaraq öldürüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

SON DƏQİQƏ : Bakıda ana və iki övladı öldürüldü - ADLAR BƏLLİ OLDU - FOTO - YENİLƏNİB

SON DƏQİQƏ : Bakıda ana və iki övladı öldürüldü - ADLAR BƏLLİ OLDU - FOTO - YENİLƏNİB

SON DƏQİQƏ : Bakıda ana və iki övladı öldürüldü - ADLAR BƏLLİ OLDU - FOTO - YENİLƏNİB Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*