Bakıda avtobus qəza etdi – 6 nəfər xəstəxanalıq oldubackend

Bakıda avtobus qəza etdi - 6 nəfər xəstəxanalıq oldu

Bakıda daha bir marşrut avtobusu qəzaya uğrayıb.

KONKRET.AZ xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, Suraxanı rayonu, “Əfsun” şadlıq sarayının yanında 104 saylı marşrut avtobusunun qəzaya uğraması barədə məlumat təcili yardıma saat 08:45-də daxil olub.

Hadisə yerinə 4 təcili tibbi yardım avtomobili göndərilib.

Qəzadan 2-si azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar. Onlara lazımi yardım göstərilib, müalicələri davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*