Bakıda avtobuslardan istifadə edənlərin problemləri bitmir – Bu dəfə…backend

Bakıda avtobuslardan istifadə edənlərin problemləri bitmir - Bu dəfə...

Bakıda ictimai nəqliyyatda problemlər bitib-tükənmir. Buna hər gün redaksiyamıza daxil olan kütləvi şikayətlərdən də görmək olur.

Belə bir şikayətlərdən biri də, Nəqliyyat Mübadilə Mərkəzinin (NMM) Koroğludakı avtobus dayanacağının nasaz olması ilə bağlıdır.

KONKRET.az xəbər verir ki, BAKU.WS-in “qaynar xətti”nə daxil olan şikayətdə bildirilir ki, E1,M7,1,163 avtobusların dayanacağında qapılar işləmir.

“Dayanacaqların çoxunda problemlər olur. Bu gün də qapılar işləmir. Yayın istisində insanlar zülm çəkirlər”, – deyə şikayətdə bildirilib.

Həmin dayanacağın görüntülərini təqdim edirik:

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*