Bakıda avtomobil marketə çırpıldı – Yaralananlar var + YENİLƏNİBbackend

Bakıda avtomobil marketə çırpıldı - Yaralananlar var + YENİLƏNİB

DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Apa-ya bildirilib ki, sentyabrın 11-də paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində vətəndaş G. İsayeva idarə etdiyi “Toyota” markalı avtomobillə idarə etməni itirərək marketlərdən birinin qarşısında avtoqəza törədib.

Nəticədə marketin önündə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə ilə bağlı ərazi üzrə polis orqanında təhqiqat araşdırması başlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib.

21:14

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, Yeni Günəşli qəsəbəsində sürücü idarəetməni itirərək avtomobili yol kənarındakı markete çırpıb.

İlkin məlumata görə hadisə nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*