Bakıda avtomobildən 4500 manat oğurlayan şəxs saxlanıldıbackend

Bakıda avtomobildən 4500 manat oğurlayan şəxs saxlanıldı

Bakıda minik avtomobilindən oğurluq edilib.

DİN-in Mətbuat Xidmətindən KONKRET.az-a verilən məlumata görə, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə fevralın 1-də Cavadxan küçəsində yerləşən avtoyuma məntəqələrinin birində “Toyota” markalı bir avtomobildən 4500 manat pulun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş A.Muradov saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*