Bakıda bank hesabından pul oğurlayan şəxs saxlanıldıbackend

Bakıda bank hesabından pul oğurlayan şəxs saxlanıldı

Bakıda bank hesabından pul oğurlayan şəxs saxlanılıb.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 28-də V.Əhmədovun bank hesabından 500 manat pul oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş F.Qənbərli saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*