Bakı şəhərinin Xətai rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd sayğac, 1 ədəd qoruyucu açar yanıb.
KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.