Bakıda bir nəfər su quyusuna düşdübackend

Bakıda bir nəfər su quyusuna düşdü

Bakının Xəzər rayonunda 1 nəfər su quyusunda köməksiz vəziyyətdə qalıb.

KONKRET.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda 1 nəfərin su quyusunda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, vətəndaş dərinliyi təqribən 9 m olan quyuya düşüb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşın quyudan çıxarılmasını təmin ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*