Bakıda bir nəfərə saxta pul verməkdə şübhəli bilinən şəxs saxlanıldıbackend

Bakıda bir nəfərə saxta pul verməkdə şübhəli bilinən şəxs saxlanıldı

Bakının Nəsimi rayonunda bir nəfərə saxta pul verməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir nəfərin mobil telefonunu dələduzluq yolu ilə almaqda, bir nəfərə isə 100 manatlıq saxta əskinas verməkdə şübhəli bilinən 49 yaşlı S.Zeynalov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*