Bakıda bu istirahət mərkəzləri cərimələndi – RƏSMİbackend

Bakıda bu istirahət mərkəzləri cərimələndi - RƏSMİ

Xəzər dənizinin sahil zolağında, çimərliklərdə sanitariya-gigyena qaydalarına riayət edilməsi ilə bağlı reyd keçirilib.

DİN Mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, iyulun 13-də Sabunçu rayonunun Pirşağı qəsəbəsində keçirilən tədbir zamanı isə Xəzər dənizinin sahil zolağında yerləşən “Mirvari”, “Gold Sea”, “Caspi”, “Bayraq” və “Dəniz” istirahət mərkəzlərində sanitariya-gigyena qaydalarının pozulması faktları aşkar edilib. Həmin istirahət mərkəzlərinin sahibləri barəsində İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilib.

İyulun 7-də Xəzər rayonunun Türkan qəsəbəsində Ə.Hacıyev küçəsində məişət və digər qarışıq tullantıların qalaqlanması aşkar edilib. İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin tələblərini pozduğuna görə Türkan Bələdiyyəsinin sədri B.Yarıyev barəsində inzibati xəta haqqında protokol tərtib edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*