Bu gündən Bakıda E2 marşrut xəttinin nömrəsi 72 ilə əvəzlənib.
KONKRET.az xəbər verir ki, bu barədə Bakı Bus MMC məlumat yayıb.
Xatırladaq ki, E2 marşrut xətti ötən ilin noyabr ayından fəaliyyətə başlayıb. Bu xətt üzrə avtobuslar Bakının Xətai rayonunun Köhnə Günəşli qəsəbəsinin Səməd bəy Mehmandarov küçəsini Qaradağ rayonundakı “Sədərək” ticarət mərkəzi ilə əlaqələndirir. Marşrut üzrə Neapol və Ukrayna dairələri, Ramiz Quliyev küçəsi (Nargilə dairəsi), 8 Noyabr prospekti (Bakı İstilik Elektrik Mərkəzi), 2 saylı “ASAN Xidmət”, Zərifə Əliyeva küçəsi (“Sahil” metrostansiyası), Azneft dairəsi və Bibiheybət məscidi aralıq dayanacaq məntəqələri kimi təyin edilib.