Bakıda bu məşhur lisey bağlandı – RƏSMİbackend

Bakıda bu məşhur lisey bağlandı - RƏSMİ

Bakı Fransız Liseyi Təhsil Kompleksi ləğv olunub.

KONKRET.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə qurum özü elan edib.

Xatırladaq ki, liseyin fəaliyyətinin dayandırılacağı ilə bağlı bu ilin aprel ayında şagirdlərin valideynlərinə məktub göndərilib.

Bu tədris ilində liseydə 200 şagird təhsil alıb.

Xatırladaq ki, Bakı Fransız Liseyi Təhsil Kompleksinin açılışı 2014-cü ilin sentyabrında olub. Lisey Bakının “Ağ şəhər” adlanan ərazisində yerləşir. Tədris müəssisəsində məktəbəqədər hazırlıq kursu daxil olmaqla, ibtidai və kollec-lisey qrupları fəaliyyət göstərib.Tədris fransız dilində aparılıb.

Özəl liseydə illik təhsil haqqı aşağıdakı kimi idi:

Təhsil haqqı Azərbaycan vətəndaşları üçün manatla, xarici vətəndaşlar üçün isə avro ilə müəyyənləşib.

Bağça 9680 AZN  5500 Avro
İbtidai məktəb  18150 AZN  10290 Avro
Kollec və Lisey  19480 AZN  11070 Avro
11-12-ci siniflər   22990 AZN  12030 Avro

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*