Bakıda DƏHŞƏTLİ QƏTL – 15 yaşlı oğlan anasını ÖLDÜRDÜbackend

Bakıda DƏHŞƏTLİ QƏTL - Oğul anasını ÖLDÜRDÜ

Aprelin 20-si saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində 1985-ci il təvəllüdlü Sevinc Məhərrəmova aldığı bıçaq xəsarətlərindən ölüb.

KONKRET.az xəbər verir ki, ilkin araşdırmalara görə, qadını oğlu 2007-ci il təvəllüdlü A.C. qətlə yetirib. Oğulun qısqanclıq zəminində anası Sevinc Məhərrəmovaya bıçaq xəsarətləri yetirərək öldürməsi müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

A.C. şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*