Bakıda doqquz avtomobil toqquşdu – VİDEObackend

Bakıda doqquz avtomobil toqquşdu - VİDEO

Ötən gecə Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Dərnəgül yolu adı ilə tanınan Ziya Bünyadov prospektində 9 avtomobil bir-birinə çırpılıb.

Bildirilib ki, hadisəyə havanın yağıntılı olması səbəbindən yolun sürüşkən olması və sürücülərin ara məsafəsi tələbinə riayət etməməsi səbəb olub.

Nəticədə ciddi xəsarət alan olmasa da, avtomobillərə xeyli ziyan dəyib.

Həmin qəzanın görüntülərini təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*