Bakıda ən bahalı evlər bu rayonlardadırbackend

Bakıda ən bahalı evlər bu rayonlardadır

Bu ilin iyun ayında Bakıda yeni tikililərdə mənzillərin orta qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 15,9 % çox olub. Köhnə tikili mənzillər isə 12,2 % bahalaşıb.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.

Onun sözlərinə görə, son 1 ildə paytaxtda fərdi yaşayış evləri 13,5 %, torpaq sahələri 15,4 %, qeyri-yaşayış obyektləri isə 12,5 % bahalaşıb.

Hazırda ən bahalı daşınmaz əmlak torpaqdır.

Bəs evlərin qiyməti düşə bilər? 

Ekspert qeyd edir ki, bu reallığı əks etdirmir:

“Belə ki, rayonlardan şəhərə axın çoxdur. Bu həm iqtisadi, həm sosial cəhətdən insanların vəziyyəti ilə bağlı olaraq evlərin ucuzlaşması gözlənilmir. Daşınmaz əmlaklar bahalaşa bilər, nəinki ucuzlaşmaq”.

Qeyd edək ki, daşınmaz əmlakın ən baha satışa çıxarıldığı rayonlar isə Səbail, Yasamal, Nəsimidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*