Bakıdakı yanğın söndürüldü – YENİLƏNİB / VİDEObackend

Bakıdakı yanğın söndürüldü - YENİLƏNİB / VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsində fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub.

Bu barədə KONKRET.az-a FHN-dən bildirilib.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

23:02

Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində tam söndürülüb.

KONKRET.az xəbər verir ki, əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*