Bakıda keçirilən Formula 2 yarışının pilotları – israilli Roy Nissani ilə türk Cem Bolyukbaşı arasında baş verən toqquşmadan sonra israilli sürücü türkiyəli sürücünü təhqir edib.
KONKRET.az xəbər verir ki, Bolyukbaşının narazı “O, məni vurdu!” ifadəsinə Nissani belə cavab verib:
“Bağışlayın uşaqlar, trasda bir dəcəl var!”.
Qeyd edək ki, hər iki pilot döyüşü tərk edib.
“Formula 2” üzrə Azərbaycan Qran-prisinin qalibi isə 29 dövrənin yekununda “Prema Racing”dən Dennis Hauger olub. “Carlin”dən Logan Sargeant ikinci, “MP Motorsport”dan Felipe Druqoviç üçüncü yeri tutub.