KONKRET.az modern.az-a istinadən xəbər verir ki, R.Vardanyan “Atom elektrik avtomobili” layihəsindəki payını sataraq Rusiya avtomobil sənayesini tamamilə tərk edib.
“Kommersant”a məlum olub ki, Vardanyanın “Kama”nın əsas səhmdarı olan“Vosxod” MMC-dəki 25%-lik payı şirkətin özünə keçib.
KamAZ-ın baş direktoru Sergey Koqoqin (37,5%) və Spektr MMC (37,5%) indi “Vosxod”un ortaq sahibləri olaraq qalır.
2024-cü ilin payızında Vardanyan KamAZ-ın ortaq sahibi olmaqdan da çıxmışdı. Mütəxəssislər hesab edirlər ki, erməni iş adamının layihəni tərk etməsi onun düşdüyü vəziyyətlə bağlıdır.